"Xırdalan dairəsini sökmək istəyirlər"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu yaxınlarda Xırdalan istiqamətində hərəkət edənlər tıxacdan şikayət edirlər.
Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, nəqliyyat eksperti Elməddin Muradlı hərəkət zamanı tez-tez bu vəziyyətlə rastlaşdığını bildirib:
"Bu yaxınlarda özüm də Xırdalan dairəsindən keçirdim. Tunelə qədər dəhşət tıxac var idi. Amma "Ekologiya postu"na çatanda vəziyyət düzəlir, avtomobillər normal hərəkət edir. Fikirləşirəm ki, bura tıxanmayıb, sadəcə sağa çıxıb Xırdalan dairəsinə girənlər tıxaca düşürlər və bu, artıq əbədi problemə çevrilib. Halbuki Masazır və Sumqayıt istiqaməti boşdur. Bəzən elə olur ki, heç bir səbəb olmadan da sıxlıq yaranır. Elə bil, sürücülər o qədər tıxaca öyrəşiblər ki, yolda boşluq görəndə narahat olurlar, düşünürlər ki, niyə biz burda tıxaca düşmədik".

Elməddin Muradlı Xırdalan dairəsinin genişləndirilməsi zamanı verdiyi təklifdən də danışıb:
"Dairə genişlənəndə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə demişdim ki, orada obyektin yarısını söküb əlavə zolaq yaratmaq problemin həlli deyil. Əvvəllər bir zolaq idi, indi iki zolaq oldu, amma əsas məsələ bu deyil. Oradan həm geriyə dönənlər, həm də müxtəlif istiqamətlərə şaxələnən yollar var. Mən təklif etmişdim ki, "Koroğlu" metrosu üzərindəki asma körpünün mini variantını orada qurmaq lazımdır. O vaxt demişdim ki, zaman gələcək oranı yenə sökməli olacaqsınız. İndi elə həmin zamandır - oranı yenidən sökmək istəyirlər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir
-
“İldə 45 günümüz bilmədən ömrümüzdən gedir” - Əbdül Xalid
-
Süni intellekt tarixin ən qanlı insanlarını açıqladı: Hitler ilk üçlükdə yoxdur
-
Dünyanın ən çirkli ölkələri: Azərbaycan neçənci yerdədir?
-
Xəzər dənizində naməlum varlıq göründü - (Video)
-
Bakıya nə zaman qar yağacaq? - açıqlama
-
"Kurtlar Vadisi" geri dönür
-
İşə gedərkən itlərin hücumuna məruz qaldılar - (Video)
-
Günün qoroskopu: İntuitiv duyğularınızın çox güclü olduğu bir gündür
-
Gəncədə qəza olub, xəsarət alanlar var
-
Elçin Zehra İrem həmkarı ilə eşq yaşadığını elan etdi - (Foto)
-
Qubada ağır qəzada ölən gəncin fotosu - Yenilənib
-
Biotin qəbul edənlərə çağırış - (Video)
-
“Elə bil, pomidor-xiyarı Marsda yetişdirib gətirirlər” - Aytən Səfərova
-
Bazarda "yaş" adı ilə suya salınmış qoz satılır - (Video)
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto/Video)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)





