Çində qadın sevgilisinin 140 min dollarını gizlicə estetik əməliyyatlara xərcləyib.
Milli.Az xəbər verir ki, Çində yaşayan qadın sevgilisinin ona əmanət etdiyi 140 min dollarlıq qənaətini gizlicə estetik əməliyyatlara xərcləyib.
Hadisə barədə "South China Morning Post" məlumat yayıb.
Məlumata görə, Min adlı qadın gözəllik klinikasında Li adlı başqa bir qadınla tanış olub. Li özünü klinikanın sahibələrindən biri kimi təqdim edib və qısa müddətdə Minlə yaxın dostluq münasibəti qurub. Daha sonra o, Mini müxtəlif estetik əməliyyatlara razı salıb.
O, əvvəlcə liposaksiya etdirib, sonra isə bir neçə bahalı əməliyyata daha pul xərcləyib.
Ümumi məbləğ təxminən 140 min dollar olub. Bu pul sevgilisinə məxsus idi və kişi həmin pulu "dar gün" üçün qadının hesabında saxlamışdı. Hər şey kişinin maliyyə işləri üçün həmin pulu geri istəməsi ilə üzə çıxıb.
"Sevgilim tez-tez digər qadınların gözəlliyindən danışırdı. Bu da məndə güvənsizlik yaradırdı," - deyə qadın özünə haqq qazandırmağa çalışıb.
İsmayıl
Milli.Az





