Cəmiyyət

Yağışda avtobus gözləyən sərnişinlərə AYNA-dan CAVAB

5 Noyabr 2025 16:24
Baxış: 526
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Metronun "20 Yanvar" stansiyasının qarşısından Sumqayıt, Xırdalan, Masazır tərəfə hər gün onlarla avtobus minlərlə sərnişin daşıyır. Amma həmin ərazidə yağışlı havada vətəndaşların yağışdan qorunması üçün dayanacaqlar yoxdur".

Milli.Az xəbər verir ki, bu barədə ictimai fəal Elyar İslamoğlu sosial şəbəkədə paylaşım edib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, avtobus dayanacaq pavilyonları quraşdırılan zaman yol infrastrukturunun vəziyyəti mütləq qaydada nəzərə alınmalıdır:

"Sözügedən ünvana əməkdaşlarımız tərəfindən baxış keçirilib. Qeyd edilən ərazidə avtobus dayanacaq məntəqəsi mövcud olsa da, infrastruktur şəraitinin əlverişsiz olması səbəbindən dayanacaq pavilyonunun quraşdırılması mümkün olmayıb. Pavilyonunun quraşdırılması aidiyyəti qurumlar tərəfindən infrastruktur şəraiti yaradıldığı təqdirdə mümkün olacaq".

Asya Hüseyn
Milli.Az
 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.