Dünya

Danimarka əvvəlki həyata təhlükəsiz qayıtmağın yollarını axtarır

24 Fevral 2021 21:07
Baxış: 627
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Danimarka əvvəlki həyata təhlükəsiz qayıtmağın yollarını axtarır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu ölkənin hökuməti koronavirusun yeni mutasiyalarının yayılması ilə əlaqədar tətbiq olunan milli izolyasiya tədbirlərindən tədricən imtina etmək niyyətindədir.

Məhdudiyyətlərin ləğvinə dair tam fəaliyyət planı çərşənbə günü acıqlanacaq.

Danimarka Baş naziri xanım Mette Frederiksen özünün "Facebook" səhifəsində vurğulayıb ki, infeksiyaların sayının azalması fonunda ekspertlər yekdilliklə hesab edirlər ki, hazırkı şəraitdə sürətli və tam "açıq cəmiyyət" yaratmaq mümkün deyil. Hökumət başçısının fikrincə əvvəlki həyata qayıtmaq qismən mümkündür və bəzi məhdudiyyətlər regional əsaslarla ləğv edilə bilər.

Danimarka hökuməti məhz bu səbəbdən yuxarı sinif şagirdlərinin məktəbə getməsini tövsiyə edən yerli ekspertlərlə birgə işləyir. Bundan başqa, Danimarka hökuməti, mağazaların tədricən açılması, idman və mədəni tədbirlərin açıq havada keçirilməsinə icazə verilməsi ilə bağlı planların detallarını da işləyib hazırlayıb.

Xatırladaq ki, dekabrın 25-dən etibarən Danimarkada fəaliyyət göstərən məhdudiyyətlərə məktəblərin, universitetlərin, kafe və restoranların, həmçinin ilk zərurət siyahısına daxil olmayan mağazaların bağlanması daxildir. Həmçinin bu tədbirlərlə əlaqədar vətəndaşların əksəriyyəti distant işə keçirilib, ictimai toplantıların iştirakçılarının sayına limit müəyyən edilib, ictimai yerlərdə və qapalı yerlərdə maskalardan məcburi istifadə qaydası tətbiq olunub. Bu tədbirlərin yerinə yetirilməsi müddəti fevralın 28-də bitəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.