Finlandiyada koronavirusun yeni mutasiyası aşkarlanıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Alimlər COVID-19-un daha bir təhlükəli mutasiyasını aşkarlayıblar.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Finlandiyada vaksinlərin effektivliyini zəiflədən, koronavirusun mutasiya olunmuş Cənubi Afrika versiyasına oxşar yeni ştamm peyda olub.
Finlandiya alimləri koronavirusun digər təhlükəli ştamlarla ümumi mutasiyalara malik olan başqa bir variantını kəşf etdiklərini bildirirlər. Hələlik "Fin-796H" adlandırılan yeni koronovirus növü bu yaxınlarda aşkarlanıb. Ekspertlər onun hələ ki, bir o qədər də geniş yayılmasına əmin deyillər. Finlandiyada yoluxma hallarının çox aşağı səviyyədə olması baxımından sözügedən mutasiyanın məhz bu ölkədə yaranması alimlərdə şübhələrə səbəb olub. Skandinaviya ölkəsində pandemiya başlayandan bəri cəmi 51 min yoluxma halı və təxminən 700 ölüm hadisəsi qeydə alınıb.
Bu kəşfi edən fin tədqiqatçıları yeni ştammın Britaniya və Cənubi Afrika ştammları ilə bəzi ümumi mutasiyalara və özünəməxsus unikal kombinasiyalara malik olduğunu vurğulayırlar. Bununla yanaşı, onlar fin versiyasının tərkibində hansı mutasiyaların olduğunu izah etmirlər. Ancaq "Fin-796H" versiyasının vaksinlərin effektivliyini zəiflətməsi baxımından onun Cənubi Afrika ştammı ilə oxşarlığını ehtimal etmək olar. Cənubi Afrika Respublikasının (CAR) hökumət orqanları məhz bu səbəbdən "AstraZeneca" əczaçılıq şirkətinin vaksinlərindən istifadə etməkdən imtina edirlər.
Bununla yanaşı, Britaniya alimləri israr edirlər ki, koronavirusun yeni variantlarının əmələ gəlməsi təlaşa əsas vermir. Bu patogenin mutasiyaları bütün oxşar viruslar üçün tamamilə təbiidir və indiki mövcud vaksinlər mutasiyalara qarşı qorunmanı təmin etməlidir. Məsələ ilə bağlı "The Daily Mail" qəzeti yazır ki, əgər biz qrip virusuna nəzər yetirsək, onda hər il yeni vaksinlər kəşf etməliyik. Çünki, qrip də daim mutasiyalara məruz qalır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)





