Dünya

Qazaxıstanda koronavirusdan son sutka 487 nəfər sağalıb, 766 nəfər yoluxub

21 Fevral 2021 11:22
Baxış: 256

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 766 yoluxma halı qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 207 418 nəfərə çatıb, onlardan 2 540 nəfəri isə vəfat edib.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan son sutkada 487 olmaqla 191 097 nəfəri sağalıb.

Milli.Az 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.