Dünya

Braziliyalı ekspert: "Sinovac" şirkətinin peyvəndi COVID-19-un Britaniya və Cənubi Afrika variantlarına qarşı da effektlidir

19 Fevral 2021 23:39
Baxış: 1 158
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin "Sinovac Biotech" şirkətinin yeni növ koronavirusa qarşı olan "CoronaVAC" peyvəndi COVID-19 virusunun Böyük Britaniya və Cənubi Afrika variantlarına qarşı da effektlidir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu "Sinovac Biotech"in Braziliyadakı tərəfdaşı olan Butantan Biotibb Mərkəzinin rəhbəri Dimaş Kovas açıqlayıb. Mərkəz "CoronaVAC" peyvəndinin Braziliyadakı kliniki sınaqlarının nəticəsində əsasən belə qənaətə gəlib.

"Biz bu peyvəndin COVID-19 infeksiyasının Böyük Britaniya və Cənubi Afrika variantlarına qarşı testlərini etmişik və nəticələr yaxşıdır", - deyə Dimas Kovas bildirib. Butantan Biotibb Mərkəzi hazırda "CoronaVAC" peyvədninin COVID-19 infeksiyasının başqa yeni variantlarına qarşı effektivliyini də yoxlayır.

Mərkəzin rəhbəri "Sinovac" şirkətinin peyvəndinin texnologiyasına görə digər vaksinlərdən üstün olduğunu deyib. Təsirsiz hala gətirilmiş (inaktivləşmiş) bu peyvəndin hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub.

Qeyd edək ki, Braziliya, Türkiyə, İndoneziya, Malayziya və bir neçə başqa ölkə COVID-19 əleyhinə vaksinasiya proqramında məhz "Sinovac Biotech" şirkətinin "CoronaVAC" peyvəndi tətbiq olunur. Yanvarın 18-dən Azərbaycanda başlayan vaksinasiya prosesində də "CoronaVAC" peyvəndindən istifadə edilir. Çin hökuməti bu peyvəndin ölkədə kütləvi istifadəsinə də icazə verib. Şirkət peyvəndə olan yerli və xarici tələbatı nəzərə alaraq illik istehsal gücünü 1 milyard dozaya çatdırmaq üçün istehsalı genişləndirir.

Bundan başqa, "CoronaVAC" Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) peyvəndlərin bütün dünya üzrə ədalətli bölgüsünü hədəf alan COVAX təşəbbüsü üzrə vaksin təchizatın da qoşulmağı hədəfləyib. Bu, ÜST-nin mütəxəssislərinin müvafiq qiymətləndirməsindən sonra olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.