Dünya

İranda ay ərzində 1,3 milyon adama peyvənd vurulacaq

19 Fevral 2021 21:10
Baxış: 530
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son sutka ərzində İranda koronavirusa 8 min 17 nəfər yoluxub, 77 nəfər isə ölüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında deyib. Onun sözlərinə görə, bununla da İranda yoluxanların ümumi sayı 1 milyon 558 min 159 nəfərə, yoluxaraq ölənlərin sayı isə 59 min 341-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicə alan 3 min 669 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 1 milyon 331 min 162 xəstə sağalaraq evə buraxılıb.

İranın koronavirusa qarşı mübarizə qərargahının nümayəndəsi Əlirza Rəisi jurnalistlərə bildirib ki, Çindən 250 min doza peyvənd artıq yoldadır və bu günlərdə Tehrana gətiriləcək. Bundan başqa İran 4,2 milyon doza Böyük Britaniya istehsalı olan "AstraZeneca" peyvəndi sifariş verib.

Rusiyadan sifariş edilən 2,5 milyon "Sputnik V" peyvəndinin hələlik 120 min dozası İrana gətirilib. Səhiyyə Nazirliyi 1 ayda 1,3 milyon adama peyvənd vurmasını təmin edəcək plana malikdir və işlər bu plan üzrə həyata keçirilir.

Ə. Rəisi onu da nəzərə çatdırıb ki, bu günə kimi İranda virusun mutasiyaya uğramış Britaniya ştammına yoluxan 21 nəfər aşkar edilib ki, onların 4-ü həyatını itirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.