Dünya

"Hakimiyyət hərisi olan adamların köməyi ilə Rusiyanı MDB məkanından sıxışdırmaq istəyirlər"

14 Fevral 2021 11:46
Baxış: 1 718
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın postsovet məkanında təsirlərinin güclənməsi onun rəqiblərində narahatlıq yaradır.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, belə bəyanatla prezident Vladimir Putin çıxış edib. O, deyib ki, Rusiyanın opponentləri "dünyada gərginliyin azaldılmasına dair danışıqlar" çərçivəsində Rusiyanı "ambisioz və hakimiyyətə həris adamların" köməyi ilə MDB məkanından sıxışdırıb çıxarmağa çalışacaqlar.

Bir sıra Rusiya KİV-lərinin redaktorları ilə görüşündə (görüşdən kadrları "Rossia 24" telekanalı nümayiş etdirib) Putin deyib ki, onun ölkəsinin opponentləri və ya potensial rəqibləri çoxdandır "ambisioz və hakimiyyət hərisi adamları" öz maraqları üçün istifadə edirlər.

"Bizim təsirlərimiz postsovet məkanında, hər necə də olsa, artır. Bütün mürəkkəbləşmələrə baxmayaraq. Axı Sovet İttifaqı dağılanda müstəqil dövlətlərin formalaşmasını bundan irəli gələn bütün nəticələri ilə birlikdə nəzərə almaq lazım idi. Lakin bununla belə son illərdə bizim burada təsirlərimiz, nüfuzumuz artır. Bu da narahatlıq yaradır və bizi buradan itələyib çıxarmağa çalışırlar", - Putin bəyan edib.

Onun sözlərinə görə, "hakimiyyət hərisi adamları" şübhəsiz ki, bu məqsədlərlə istifadə edəcəklər.

Xatırladaq ki, bundan əvvəl analoji bəyanatla Rusiya xarici işlər nazirinin müavini Aleksandr Ryabkov TASS-a müsahibəsində çıxış etmişdi. Demişdi ki, Qərb MDB ölkələrində anti-Rusiya mövqeli adamları hakimiyyətə gətirməyə çalışır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.