Dünya

Ömürlük həbs cəzasından qaçan şirkət rəhbəri qürbət həyatında 10 uşaq sahibi olub - FOTO

14 Fevral 2021 09:30
Baxış: 1 622
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Metro Holdinq"in qətlə təhrik etdiyi üçün ömürlük həbs cəzasına məhkum olan qaçaq rəhbəri Qalip Öztürk Britaniyanın "The Sun" qəzetinin mövzusu olub.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Öztürkün 10 övladı və 23 yaşlı həyat yoldaşı qəzetin manşetində yer alıb. Surroqat ana vasitəsi ilə uşaq sahibi olan Öztürk bir uşağın dünyaya gəlməsi üçün təxminən 8 min funt sterlinq ödəyir.

Britaniyalılar "Metro Turizm"in qaçaq rəhbəri Qalip Öztürkün Gürcüstandakı həyatını izləyiblər.

Onun 23 yaşlı rus arvadı Kristina Öztürklə surroqat analardan 10 bioloji övladı var.

Sosial mediadakı paylaşımlarında 105 uşaq sahibi olacaqlarını, ancaq bunun təsadüfi bir rəqəm olduğunu deyən Kristina bildirib ki, neçə uşaq sahibi olacağını bilmir, amma 10-da dayanmağı da planlaşdırmırlar.

Qalib Öztürk qızı ilə Batumiyə tətilə gələndə orada Moskva əsilli Kristina ilə tanış olub.

Onlar evliliklərindən sonra da burada qalıblar.

"Metro Turizm"in sahibi Qalip Öztürk 1996-cı ildə Beyoğlunda Kuvvet Köseoğlunun qətlini sifariş etmə iddiasıyla ömürlük həbs cəzasına məhkum edilib.

Bu qərar Ali Məhkəmə tərəfindən təsdiqləndikdən sonra o, xaricə qaçıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.