Dünya

Türkiyədə dəhşətli "pişik koronavirusu" yayılır

14 Fevral 2021 19:33
Baxış: 1 907
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə insana keçməyən, yoluxucu "pişik koronavirusu" kimi tanınan Pişik İnfeksion Peritoniti (FIP) aşkarlanıb.

Milli.Az xəbər verir ki, xəstəlik Eskişehirdə küçə pişiklərində müəyyən edilib.

Müalicə olunmayan sözügedən xəstəlik səbəbindən epidemiya narahatlığı yaşanır. Heyvan sığınacaqlarında və xüsusi klinikalarda karantin otaqları hazırlanıb.

Baytar həkim Turqay Cinkaya bildirib ki, bu ölümcül xəstəliyin yayılmasının qarşısını almaq üçün xəstələnən və xəstələndiyindən şübhələnilən küçə pişikləri karantinə alınmalı və onların sağlam pişiklərlə təmasları kəsilməlidir.

Simptomları inkişaf mərhələsindəki pişiklərdə inkişafdan qalma, çəkinin azalması, əsəb və koordinasiya pozuntuları, yüksək temperatur olan bu yolxucu xəstəliyin 10 gündə pişikləri öldürdüyü bildirilir.

Veterinar qeyd edib ki, virusun insanlara keçməsi müşahidə olunmasa da, belə bir ehtimal var.

O, evlərində pişik saxlayanlara tövsiyə edib ki, ev heyvanlarını küçə pişikləri ilə təmasdan çəkindirsinlər. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.