Dünya

Özbəkistan 2023-cü ildən Latın qrafikasına keçəcək

14 Fevral 2021 19:06
Baxış: 910
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Özbəkistan 2023-cü il yanvarın 1-dən tam olaraq Latın qrafikasına keçəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu haqda Özbəkistan hökuməti qərar qəbul edib.

Bununla bağlı qəbul olunan sənəddə deyilir ki, ilk növbədə kargüzarlıq işləri, şəxsiyyət vəsiqələri, İD kartlar, xarici vətəndaşlara ölkədə yaşamaq hüququ verən və vətəndaşlığı olmayanların vəsiqələri, işgüzar sənədlər, müxtəlif blanklar, təşkilat, küçə, həmçinin yer adları, reklam və elanlar latın qrafikasına keçiriləcək.

Bundan başqa, normativ-hüquqi aktlar, mərkəzi qəzetlər, elektron KİV, internet saytlar, nəşriyyatlar və poliqrafiya şirkətləri mərhələli şəkildə latın qrafikasından istifadəyə başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.