Dünya

Yəməndə yaşı 5-dən aşağı olan 400 min uşaq aclıqdan ölə bilər

12 Fevral 2021 19:12
Baxış: 1 213
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təcili humanitar müdaxilə olmasa bu il Yəməndə yaşı 5-dən aşağı olan ən azı 400 min uşaq aclıqdan ölə bilər.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə BMT-nin 4 agentliyinin birgə yaydığı hesabatda qeyd olunub.

Bildirilib ki, Yəməndə gedən müharibə və qlobal pandemiya fonunda uşaqların qidalanma səviyyəsi kəskin şəkildə aşağı düşüb. Yəməndə yaşı 5-dən aşağı olan kiçik uşaqlar arasında kəskin qida çatışmazlığının 2020-ci ilə nisbətən 22% artımı proqnozlaşdırılıb. Ölkənin Ədən, Hodeidah, Taiz və Səna bölgələri ən çox zərər görənlər arasındadır.

Hesabatda qeyd olunub ki, 2021-ci ildə 5 yaşından aşağı 2,3 milyon uşaq kəskin qida çatışmazlığı problemi ilə üzləşəcək. Təxminən 1,2 milyon hamilə və ya ana südü verən qadının da kəskin qida çatışmazlığı problemi ilə üzləşməsi gözlənilir. Agentliklər ölkənin humanitar fəlakətdən çıxması üçün tələb olunan 3,4 milyard dollardan yalnız 1,9 milyard dollarının yığıldığını açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.