Dünya

Gürcüstanda çörək və un məmulatlarının qiymətinin bahalaşması gözlənilir

12 Fevral 2021 22:40
Baxış: 1 211
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aprel ayından başlayaraq Gürcüstanda çörək və un məmulatlarının qiyməti bahalaşa bilər. Bunun qarşısını almaq üçün təsirli addımlar atılmalıdır.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Çörəkbişirənlər Assosiasiyasının sədri Malxaz Dolidze bildirib.

O deyib ki, ölkədə elektrik enerjisinin tarif qiymətləri 11 tetri artıb. Hökumət bu artımın çörəyin qiymətinin bahalaşmasına göstərə biləcəyi təsirin qarşısını almaq üçün qərar qəbul edib. Qərara əsasən, dekabr-mart ayları ərzində ölkədəki çörəkbişirmə müəssisələrinə subsidiya ödənilir. Subsidiyanın həcmi 50 kiloqramlıq kisə üçün unun növündən asılı olaraq 10-15 lari təşkil edir. Lakin çörək istehsalçılarının çoxu hökumətin ayırdığı subsidiyanı ala bilməyib. Bunun əsas səbəbi onların subsidiya almaq üçün qeydiyyat qaydaları barədə düzgün məlumat almamalarıdır.

Assosiasiya sədri deyib ki, çörəkbişirmədə istifadə olunan duz, yağ, maya və digər komponentlərin də qiyməti artıb. Belə davam edərsə, çörək və un məmulatlarının bahalaşması qaçılmazdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.