ABŞ Prezidenti Co Bayden Donald Trampın dönəmində Meksika ilə sərhəddə inşa edilən divarın maliyyələşdirilməsinə ayrılmış maliyyə vəsaitinin dayandırılması ilə bağlı əmr imzalayıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ABŞ liderinin Konqresə göndərdiyi sənəddə öz əksini tapıb.
Bayden sözügedən divarla bağlı maliyyənin xərclənməsinin "yersiz" olduğunu vurğulayıb.
Bununla bağlı, eyni zamanda Trampın 2019-cu ildə cənub sərhədində elan etdiyi fövqəladə vəziyyət də ləğv edilib.
Milli.Az