"Real Madrid"in hücumçusu Kilian Mbappe Çempionlar Liqasında 60-cı qolunu vurub.
Milli.Az-ın məlumatına görə, bu hadisə turnirin ikinci turunda "Kayrat"a qarşı keçirilən oyunda qeydə alınıb. Fransalı futbolçu 25-ci dəqiqədə penaltidən hesabı açıb, daha sonra isə 52 və 73-cü dəqiqələrdə iki dəfə fərqlənib.
Mbappe bununla da 57 qolla kifayətlənən "Bavariya"nın sabiq yarımmüdafiəçisi Tomas Mülleri geridə qoyaraq, yarışın bütün dövrlər üzrə bombardirlər siyahısında altıncı pilləyə yüksəlib.
Hazırda Mbappe 89 qarşılaşmada 60 qol vurub. O, "Real Madrid"in əfsanəvi hücumçusu Rauldan (142 oyunda 71 qol) bir qədər geri qalır.
Futbolçunun Madrid klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt-ın məlumatına əsasən, Mbappenin bazar dəyəri 180 milyon avro təşkil edir.
Milli.Az