İdman

"Neftçi" yeni hücumçu aldı

30 Sentyabr 2025 18:31
Baxış: 311
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yay transfer dönəminin ən fəal klublarından olan "Neftçi" heyətini gücləndirməkdə davam edir.

Milli.Az Futbolinfo.az-a istinadən xəbər verir ki, Nigeriya millisinin hücumçusu Ayzak Saksess ilə danışıqlarda irəliləyişə nail olunub.

29 yaşlı ön xətt oyunçusu azad agent statusu daşıdığından, onun "Neftçi"yə keçidində hər hansı problem yoxdur.

Lakin futbolçu 2025-ci ilin əvvəlindən klubsuzdur. Çünki o, ötən ilin sonunda Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Vəsl" klubundan ayrılıb. Bir müddətdir özünə yeni komanda axtaran Saksess "Neftçi" ilə müqavilənin şərtlərində ortaq məxrəcə gəlib. Onun tezliklə ölkəmizə gələrək, "ağ-qaralar"a qoşulması gözlənilir.

Qeyd edək ki, İspaniyanın "Qranada" klubunun yetirməsi olan Ayzak Saksess, həmçinin "Malaqa", İngiltərədə "Uotford" və İtaliyada "Udineze"nin formasını geyinib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.