İdman

“Qarabağ”dan Respublika stadionunda daha bir yenilik - FOTO

30 Sentyabr 2025 23:44
Baxış: 307
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda daha bir yenilik edib.

VİP biletə sahib azarkeşlər bundan sonra 14 və 15-ci sektorlarda yox, qarşı tribunada - iri həcmli monitor olan sektorlarda yer alacaq. Belədə media sektorun yeri nisbətən dəyişdirilib.

Milli.Az sportinfo.az saytına istinadən xəbər verir ki, həmin sektorlarda oturacaqlar artıq qırmızı örtüklərlə qapadılıb, VİP azarkeşlər üçün stadionun ərazisində restoranın inşasına başlanıb. Buna səbəb əvvəlki VİP-lojanın UEFA-nın ixtiyarına verilməsidir.

Daha əvvəl xəbər verdiyimiz kimi, "Qarabağ" klubu Avropa təcrübəsindən yararlanaraq sektorlara işğaldan azad olunan rayonların adını verib.

Maraq üçün bildirək ki, VİP biletlər 200-500 manat aralığında dəyişir.

Milli.Az
 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.