Şou-biznes

"Onların adından Cabirin ailəsindən üzr istəyirəm"

30 Sentyabr 2025 22:24
Baxış: 660
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Aparıcı Mətanət Əliverdiyeva Əməkdar artist Cabir İmanovun idman zalındakı son kadrlarını yayan şəxslərə görə mərhumun ailəsindən üzr istəyib.

Milli.Az xəbər verir ki, bu barədə o, "Xəzər axşamı" verilişində danışıb. 

"Cabirin idman zalındakı həmin o görüntülərinə biz də baxdıq, amma verilişlərimizdə bunu yayımlamadıq. Pandemiyada da mən bunun qəti əleyhinə idim. Məni top atəşinə tutdular, amma sonra dedilər ki, yox, Mətanət düz deyir. Arif Quliyevin o videoları yadınıza gəlir? Allah rəhmət etsin, insan canı ilə əlləşirdi, bizimkilər isə videoya çəkib paylaşırdı. Ayıb, ayıb, bir də ayıb. O video bir sənəd olaraq həkimə lazımdır, amma bunu yaymaq olmaz. Bunu kimin etdiyini bilmirəm, amma mən həmin adamların adından Cabirin ailəsindən üzr istəyirəm. Belə insanlara görə xəcalət çəkirəm" deyə, Mətanət Əliverdiyeva bildirib. (axşam.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.