İdman

“Qarabağ”la görüşdə 3 xal qazansaydıq...” - Mourinyo

30 Sentyabr 2025 23:40
Baxış: 282
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Benfika"nın baş məşqçisi Joze Mourinyo komandasının Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda "Qarabağ"a 2:3 hesabı ilə uduzduğu matçdan danışıb. 

Milli.Az xəbər verir ki, təcrübəli mütəxəssis Azərbaycan çempionunun qələbəsi ilə bağlı bunları deyib:

"Hər xalın önəmli olduğu bir nöqtədəyik. Komandam ötən mövsüm Avropa Liqasında oynadığı üçün bu formatla tanışam. Amma bu, bir az qəribə formatdır, çünki oynamadığımız bir çox komandalar yoluna davam edə bilər. Öz taleyini idarə edə bilmirsən, ona görə də hər xal önəmlidir. Düşünmürəm ki, bu sözü desəm, məni səhv başa düşərlər. Amma "Benfika"nın təqviminə baxsaq, "Qarabağ"la görüşdə 3 xal qazansaydıq, bu, başlanğıc nöqtəsi ola bilərdi. Biz sonra növbəti matçda xal toplaya bilərdik, amma indi daha çətin vəziyyətdəyik".

Qeyd edək ki, "Benfika" 2-ci tur çərçivəsində bu gün "Çelsi"nin qonağı olacaq.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.