Ölkə

Cabir İmanovun cənazəsi Cümə məscidinə gətirildi - YENİLƏNİB - VİDEO - FOTOlar

30 Sentyabr 2025 12:32
Baxış: 2 315
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

12:32

Əməkdar artist Cabir İmanovun cənazəsi Nərimanov rayonundakı Cümə məscidinə gətirilib.

"Qafqazinfo"nun məlumatına görə, mərhum sənətkarın yaxınları cənazə namazında iştirak etmək üçün məscidin həyətinə toplaşıblar.

Birgə namazdan sonra Şəhriyar adına Mədəniyyət Mərkəzində onunla vida mərasimi keçiriləcək.

Qeyd edək ki, Cabir İmanov ötən gün 49 yaşında ürəktutmadan vəfat edib.

11:31

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov ötən gün Bakıda idman zalında infarktdan vəfat edib.

Milli.Az unikal.az-a istinadən xəbər verir ki, mərhumun nəşi Göy məscidə gətirilib. 

C.İmanovun ailə üzvləri və sənət adamları məscidin önünə toplaşıb. 

Sabah 12:30-da Cümə Məscidində cənazə namazı qılınacaq. O, daha sonra Yasamaldakı Qurd Qapısı qəbiristanlığında dəfn olunacaq. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.