Bayden Meksika divarının maliyyələşdirilməsini dayandırdı

12 Fevral 2021 11:34

ABŞ Prezidenti Co Bayden Donald Trampın dönəmində Meksika ilə sərhəddə inşa edilən divarın maliyyələşdirilməsinə ayrılmış maliyyə vəsaitinin dayandırılması ilə bağlı əmr imzalayıb. 

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ABŞ liderinin Konqresə göndərdiyi sənəddə öz əksini tapıb.

Bayden sözügedən divarla bağlı maliyyənin xərclənməsinin "yersiz" olduğunu vurğulayıb. 

Bununla bağlı, eyni zamanda Trampın 2019-cu ildə cənub sərhədində elan etdiyi fövqəladə vəziyyət də ləğv edilib.

Milli.Az