Dünya

Si Cinpin: “ABŞ-Çin qarşıdurması dünya üçün fəlakət ola bilər”

11 Fevral 2021 17:05
Baxış: 669
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-Çin qarşıdurması həm hər iki ölkə, həm də dünya üçün fəlakət ola bilər.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ Prezidenti Co Baydenlə telefon danışığı zamanı deyib.

"Qarşıdurma mütləq bir fəlakət ola bilər, əməkdaşlıq isə hər iki ölkəyə və dünyaya böyük işlər görməkdə kömək edə bilər", - deyə Si Cinpin bildirib.

Çin lideri səhv mühakimələrdən qaçmaq üçün dialoq vasitələrini möhkəmləndirməklə bağlı çağırış edib.

Si Cinpin Çinin Tayvanla bağlı siyasətini suverenlik məsələsi kimi qiymətləndirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.