Dünya

Çin inqilabi addım atır: puldan istifadə olunmayacaq

10 Fevral 2021 23:00
Baxış: 864
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəsmi Pekin ölkənin Mərkəzi Bankının rəqəmsal valyutasından (kriptovalyuta) istifadə etmək üçün təcrübə çərçivəsində vətəndaşlara təxminən 1,5 milyon dollar paylayacaq. Bu, rəqəmsal pulun üçüncü sınağıdır: bundan əvvəl analoji sınaq Şençjen və Sujou şəhərlərində keçirilmişdi.

Milli.Az xəbər verir ki, Sankt-Peterburq Dövlət Universitetinin Kitab Texnologiyaları Mərkəzinin Elmi direktoru, "Elektron Pul və Pul Köçürmələri" Dərnəyi Şurasının sədri Viktor Dostov Çində rəqəmsal valyutanın sınanması prosesini şərh edib.

O, rəqəmsal valyutalar məsələsində Çinin, həqiqətən, hamını geridə qoyduğuna inanır: "Rəqəmsal yuan layihəsi avrodan və ya rubldan çox irəli getdi və bu başadüşüləndir: Çin bunu niyə etdiyini çox yaxşı bilir".

Mütəxəssis digər ölkələrin mərkəzi banklarından fərqli olaraq, Çin Mərkəzi Bankının hədəflərini ardıcıl və praqmatik şəkildə davam etdirdiyini bildirir.

Qeyd edək ki, Pekində keçiriləcək 2022 Olimpiadası yaxınlaşdıqca rəqəmsal valyuta ilə bağlı pilot layihələrin sayı artacaq.

Çində rəqəmsal valyutanın mövcud valyutaya bənzər şəkildə istifadə ediləcəyi gözlənilir: onunla mövcud ödəmə tətbiqetmələri ilə ödəmək mümkün olacaq. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.