Dovşan deyilik ki, Rusiya vaksini üzərimizdə sınansın.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
O, Rusiyanın istehsal etdiyi peyvəndin onların üzərində sınanmasına əsla icazə verməyəcəyini bəyan edib.
"Ukrayna vətəndaşları sınaq dovşanları deyil. Ümumdünya Səhiyyə Təşkilatı və ya dünya miqyasında qəbul edilən başqa bir qurum Rusiya istehsalı olan "Sputnik V" koronavirus vaksinin 90-91 faiz nisbətində qoruma qabiliyyətinə mailik olduğu barədə bir sənəd vermədi.
Bağışlayın, amma Ukrayna vətəndaşları üzərində sınaq aparılacaq dovşanlar deyillər", - dövlət başçısı qeyd edib.
Zelenski onu da əlavə edib ki, Ukrayna vətəndaşlarının yarısı vaksinasiyanın faydasına inanmır:
"Vətəndaşlarımızın 50 faizi peyvəndə inanmır. Ancaq ilk vaksin mənə vurulacaq. Çin, ABŞ və İngiltərə ilə peyvənd məsələsi barədə müqavilələr bağlamışıq".
Milli.Az