Mərakeşin Tanjer şəhərində daşqın bir villanın zirzəmisində qanunsuz olaraq yerləşdirilmiş tekstil fabrikində azı 28 nəfərin ölümünə səbəb olub.
Milli.Az APA-ya istinadən xəbər verir ki, rəsmi qurumlar tərəfindən 18 nəfər də xilas edilib.
Məlumata görə, suyun dərinliyi 3 metrə çatdığından ölənlərin cəsədlərini hələ ki çıxarmaq mümkün olmayıb.
Bildirilir ki, Mərakeşin qeyri-rəsmi əmək sektoru kənd təsərrüfatına aid olmayan iqtisadi fəaliyyətin təqribən beşdə-birini təmsil edir və işçilər tez-tez təhlükəli iş şəraitində işləməli olurlar.
Milli.Az