Mərakeşdə sel suları zirzəmidə çalışan 28 nəfərin ölümünə səbəb olub

9 Fevral 2021 08:53

Mərakeşin Tanjer şəhərində daşqın bir villanın zirzəmisində qanunsuz olaraq yerləşdirilmiş tekstil fabrikində azı 28 nəfərin ölümünə səbəb olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rəsmi qurumlar tərəfindən 18 nəfər də xilas edilib.

Məlumata görə, suyun dərinliyi 3 metrə çatdığından ölənlərin cəsədlərini hələ ki çıxarmaq mümkün olmayıb.

Bildirilir ki, Mərakeşin qeyri-rəsmi əmək sektoru kənd təsərrüfatına aid olmayan iqtisadi fəaliyyətin təqribən beşdə-birini təmsil edir və işçilər tez-tez təhlükəli iş şəraitində işləməli olurlar.

Milli.Az