Dünya

Latviyada ümumi ölüm hallarının 10 faizindən çoxu COVID-19-un payına düşür

8 Fevral 2021 20:51
Baxış: 652
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Latviyada ötən ilin dekabrın əvvəlindən carı ilin yanvarın 17-dək COVID-19 infeksiyasından dünyasını dəyişənlərin sayı hər həftə ölkədə qeydə alınan ümumi ölüm hallarından ən az 10 faiz çox olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ölkənin Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti üzrə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, ötən ilin 7-13 dekabr tarixlərinin əhatə etdiyi həftə ərzində COVID-19 infeksiyasından dünyasını dəyişənlərin sayı ölkə üzrə ümumi ölüm hallarının 12,3 faizini, 14-20 dekabr tarixlərinin təsadüf etdiyi həftədə 12,4 faizini, 21-27 dekabr tarixi müddətində 14,7 faizini, 28 dekabr − 3 yanvar tarixi aralığında isə 16,3 faizini təşkil edib.

Qeyd edilib ki, carı ilin 4-10 yanvar tarixlərinin əhatə etdiyi həftədə dünyasını dəyişən COVID-19 xəstələri ölkə üzrə ölüm hallarının 20,2 faizini, 11-17 yanvar tarixləri aralığında isə 15,8 faizini təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.