Ölkə

Mərdəkan 6 saat işıqsız qalacaq

4 Dekabr 2025 09:05
Baxış: 232
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mərdəkan qəsəbəsinin bir hissəsində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Milli.Az xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Mərdəkan qəsəbəsində bu gün elektrik naqillərinin yenilənməsi işləri həyata keçiriləcək:

"Bununla əlaqədar olaraq saat 09:00-dan 15:00-dək qəsəbədə 28 May küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Yenidənqurma işləri başa çatdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.