İdman

Abubakar “Neftçi”yə transferinin detallarını açıqladı

4 Dekabr 2025 09:50
Baxış: 297
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Neftçi"nin və Kamerun millisinin hücumçusu Vinsent Abubakar Bakı klubuna keçidinin hansı mərhələlərdən sonra rəsmiləşdiyini danışıb.

Milli.Az xəbər verir ki, futbolçu bu fikirləri türkiyəli şərhçi Ertem Şenerə verdiyi müsahibədə səsləndirib.

Abubakar "Neftçi"yə gəlməzdən öncə həm klub rəhbərliyi, həm də tanınmış futbolçularla məsləhətləşdiyini bildirib:

"Transferdən əvvəl klubun icraçı direktoru Cenk Sümerlə, eləcə də Türkiyə millisinin müdafiəçisi Çağlar Söyüncü ilə əlaqə saxladım. Hər ikisi "Neftçi" barədə çox müsbət danışdılar və klubun böyük potensiala sahib olduğunu qeyd etdilər. Cenk bəy ilə "Beşiktaş" dövründən tanış olduğum üçün qərar vermək mənim üçün daha rahat oldu".

Tanınmış hücumçu Azərbaycan Premyer Liqasının səviyyəsinə də münasibət bildirib:

"Kənardan bəzən bu liqa sadə görünə bilər, amma əslində kifayət qədər rəqabətli və çətindir. Azərbaycan çox gözəl ölkədir, insanlar futbola böyük hörmətlə yanaşırlar. Komandaya qoşulduğum gündən bəri strukturlaşdırılmış və peşəkar iş prinsipləri diqqətimi çəkir".

Abubakar müsahibəsində "Neftçi"də özünü rahat hiss etdiyini və burada uğurlu çıxış etmək niyyətində olduğunu vurğulayıb.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.