Dünya

"WhatsApp" yeni funksiyasını test edir

8 Fevral 2021 12:57
Baxış: 1 008
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"WhatsApp" yeni xüsusiyyət üzərində işləyir. "Google Play Beta" proqramında istifadəçilər üçün təklif olunan funksiya göndərmək istədiyiniz videonun səsini silməyə imkan verir.

Milli.Az unikal.org-a istinadən bildirir ki, yenilik Android platformasında beta istifadəçiləri üçün paylaşılıb və videonu paylaşmazdan əvvəl səssizləşdirməyə imkan verir.

İstifadə qaydaları isə çox asandır. Yenilik nəticəsində artıq istifadəçilər arxa plan səslərinə görə göndərmədikləri videoları paylaşa biləcəklər.

Səssiz video xüsusiyyətini tədricən tətbiq edən "WhatsApp" onu bir neçə günə bütün beta istifadəçilərinə çatdırmağı planlaşdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.