Dünya

Türkiyədə yaşlı nəslin koronavirusa qarşı evdə peyvəndlənməsi üçün mobil qruplar yaradılıb

5 Fevral 2021 21:23
Baxış: 541
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı Çindən alınan "Sinovac" vaksini ilə kütləvi peyvəndləmə uğurla davam edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu prosesə yanvarın 13-dən start verilib. İndiyədək vaksin vurulan şəxslər arasında ciddi əks təsir müşahidə edilməyib. Rəsmi məlumata görə, peyvənd olunanların sayı 3 milyona yaxınlaşır.

Hazırda ölkə üzə yaşı 75-dən yuxarı olan vətəndaşların könüllü peyvəndlənməsi davam edir. Bu xidməti səhiyyə işçilərindən ibarət yaradılmış mobil qruplar evlərdə həyata keçirilər. Vətəndaşlar prosesdən razılıqlarını ifadə edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.