Dünya

Co Baydenin impiçmentini təklif edən konqresvumen cəzalandırıldı

5 Fevral 2021 10:33
Baxış: 717
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Nümayəndələr Palatasında qıcıqlandırıcı çıxış etməkdə və Demokratlara qarşı şiddəti dəstəkləməkdə ittiham olunan Respublikaçı konqresvumen Marcori Teylor Grinin iki komitədəki vəzifələrindən məhrum edilməsi üçün səsvermə keçirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, qrinin büdcə komitəsindəki, eləcə də təhsil və əmək məsələləri komitəsindəki vəzifələrindən kənarlaşdırılması üçün, 11 Respublikaçı da daxil olmaqla, Nümayəndələr Palatasının 230 üzvü səs verib.

Marcori Teylor Grin müxtəlif sui-qəsd nəzəriyyələrini dəstəkləməsi ilə tanınır. Bundan başqa, o, Nümayəndələr Palatasında ABŞ-ın yeni prezidenti Co Baydenin öz vəzifəsinə başladığı ilk gündə onun impiçmenti ilə bağlı maddə təqdim edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.