Dünya

Türkiyə əhalisi 83.6 milyon nəfərə çatıb

4 Fevral 2021 23:19
Baxış: 985
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyə əhalisi 83.6 milyon nəfərə çatıb.

Bu barədə "Yeni Şafak" qəzeti Türkiyə Statistika İnstitutuna (TürkStat) istinadən məlumat yayıb.

Qurumun bu gün dərc etdiyi hesabata əsasən, 2020-ci il ərzində Türkiyə əhalisi 0,55%, yəni 459 365 nəfər artaraq 83.6 milyon nəfərə çatıb.

Əhalinin 41 915 985 nəfərini kişilər, 41 698 377 nəfərini isə qadınlar təşkil edir.

Faiz nisbətilə ifadə edildikdə, ölkə əhalisinin 50,1%-i kişilərdən, 49,9%-i isə qadınlardan ibarətdir.

Qeyd edək ki, hesabatda ölkədə yaşayan 3 milyona yaxın suriyalı qaçqının ümumi əhali sayına əlavə olunması məsələsi dəqiqləşdirilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.