Dünya

Zelenskiyə qarşı impiçment proseduruna başlandı

3 Fevral 2021 15:47
Baxış: 1 307
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın "Müxalif platforması-Həyat uğrunda" partiyası bır sıra telekanalların bağlanması qərarından sonra Prezident Vladimir Zelenskiyə qarşı impiçment proseduruna başlayır.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ali Radanın deputatı Vadim Rabinoviç parlamentin tribunasından bildirib.

"Bu gün siz demokratiyanın və azad sözün ürəyinə zərbə endirdiniz. Bu gün demokratik, müstəqil Ukrayna təhlükə altındadır. Yaxın vaxtlarda biz partiyanın fövqəladə qurultayını keçirəcəyik, hansı ki, bizim gələcək addımlarımızı müəyyən edəcək. Yadınızda saxlayın, siz nə partiyamızın, nə də seçicilərimizin ağzını yuma bilməyəcəksiniz. Biz Prezident Zelenskinin impiçment proseduruna başlayacağıq", - deputat vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.