Ermənistanın ikinci prezidenti Robert Koçaryan Moskvaya səfərə hazırlaşır.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə eks-prezidentin ofisindən bildirilib.
Qeyd edilib ki, Koçaryan "Sistema" Səhmdar Maliyyə Korporasiyasının direktorlar şurasının iclasında iştirak etmək üçün Moskvaya gedir.
Xatırladaq ki, bu gün Yerevan şəhər məhkəməsi Robert Koçaryanın 3-8 fevral tarixlərində ölkədən çıxışına icazə verən qərar qəbul edib.
Milli.Az