Ölkədən çıxışına icazə verilən Koçaryan Moskvaya gedir

2 Fevral 2021 18:57

Ermənistanın ikinci prezidenti Robert Koçaryan Moskvaya səfərə hazırlaşır.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə eks-prezidentin ofisindən bildirilib.

Qeyd edilib ki, Koçaryan "Sistema" Səhmdar Maliyyə Korporasiyasının direktorlar şurasının iclasında iştirak etmək üçün Moskvaya gedir.

Xatırladaq ki, bu gün Yerevan şəhər məhkəməsi Robert Koçaryanın 3-8 fevral tarixlərində ölkədən çıxışına icazə verən qərar qəbul edib.

Milli.Az