Dünya

4 iş ortağını güllələyərək öldürdü - Xorvatiyada silahlı insident

31 Yanvar 2021 10:44
Baxış: 838
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xorvatiyanın Şibenik şəhərinin mərkəzində 4 nəfər iş ortağını gülləyən şəxs hadisə yerindən yayınıb.

APA xəbər verir ki, bu barədə yerli "HRT" televiziyası hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb.

İlkin məlumata görə, hadisə şəhərdəki ticarət mərkəzlərindən birinin yaxınlığında olub. 

Polis əməkdaşları əvvəlcə ticarət mərkəzinin yaxınlığında dayanan avtomobildə bir neçə güllə yarası almış bir nəfər aşkar edib. Daha sonra asayiş keşikçilərinə şəhərin çıxışda iki kişi və bir qadının vurulması ilə bağlı xəbər daxil olub. 

Hələlik adının açıqlanmadığı cinayətkar barəsində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.