Dünya

Çexiyada nasizm və onun simvollarının təbliğatına qarşı mübarizə güclənib

31 Yanvar 2021 10:05
Baxış: 611
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa İttifaqında (Aİ) çap nəşrləri və suvenirlər daxil olmaqla nasist rəmzləri sayılan əşyaların satışına görə həbs cəzası almaq olar. Əslində, müvafiq qanunvericilik Aİ-nin bütün ölkələrində qüvvədədir, lakin son illərdə onlardan bəziləri böyüməkdə olan bu kimi hallara göz yummağa başlayıblar. Çexiyada əhali və turistlərdən gələn şikayətlərin sayı o həddə çatıb ki, hökumət hərəkətə keçmək qərarına gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu günlərdə ölkənin prokurorluğu nasist rəmzləri olan təbliğat məhsullarının satışı ilə əlaqədar nəşriyyata qarşı ittihamlar irəli sürüb. İttiham Cinayət Məcəlləsinin "insan hüquq və azadlıqlarının boğulmasına yönəlmiş hərəkatın dəstəklənməsi və təbliği" və "xuliqanlıq" maddələri ilə irəli sürülüb.

Keçən ilin may ayında Çexiyanın bir sıra yəhudi təşkilatı, nasist liderlərinin və Nürnberq Məhkəməsində mühakimə olunan hərbi cinayətkarların portretləri ilə məhsulların buraxılmasına görə müttəhimə qarşı şikayət vermişdi.

Nəşriyyat bildirmişdi ki, söhbət təbliğatdan deyil, yalnız ticarətdən gedir.

Nəşriyyatın hərəkətlərində cinayət tərkibinin olub-olmamasına məhkəmə yaxın günlərdə qərar verəcək. Lakin kitabların mətn təhlilindən sonrakı məzmunu şübhəlilərə bəraət qazandırmaq üçün böyük şans qoymur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.