Dünya

Koronavirus pandemiyası Avropaya miqrant axınını azaldıb

31 Yanvar 2021 20:01
Baxış: 1 047
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus pandemiyası səbəbindən ötən il Avropaya qanunsuz miqrant axını və sığınacaq müraciətləri azalıb. 2020-ci ildə (yanvar-noyabr ayları) Avropa İttifaqı sərhədlərini 114300 nəfər qanunsuz olaraq keçib, Avropa Komissiyasının məlumatına görə, bu, son altı ildə ən aşağı göstəricidir. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 2019-cu illə müqayisədə isə azalma təxminən 10 faiz təşkil edib.

Sığınacaq müraciətlərində azalma isə daha çox olub. Ötən ilin yanvar-oktyabr aylarında sığınacaq üçün müraciət edənlər 2019-cu ilin eyni dövrü ilə müqayisədə 33 faiz azalıblar. Ümumi sığınacaq ərizələrinin sayı 390 min olub və onlardan 349 mini ilk dəfə təqdim olunan ərizələrdən ibarətdir.

Avropa Komissiyası qeyri-qanuni miqrasiya və qaçqınlarla bağlı statistikanı BMT, Aİ-nin statistika qurumu olan "Eurostat" və "Frontex" sərhəd agentliyi tərəfindən təqdim edilən məlumatlar əsasında dərc edib. Ötən il Aİ ölkələrinə baş verən leqal miqrasiya ilə bağlı statistika isə yaxın müddətdə açıqlanmalıdır.

Aİ-nin daxili işlər üzrə komissarı İlva Yohansson üzv ölkələri hazırda yaranmış zaman fasiləsindən ümumavropa qaçqın siyasətinin nəzərdə tutulan islahatlarında tərəqqi üçün istifadə etməyə çağırıb. O, miqrantların sayının aşağı düşməsini qaçqın qəbulu sisteminin az yüklənməsi anlamına gəldiyini qeyd edib və bu fürsətdən ədalətli və səmərəli tədbirlər istiqamətində müzakirələrə sərf edilməli olduğunu söyləyib.

Ölkə əhalisinin sayına görə ən çox sığınacaq ərizəsi qəbul edən Avropa ölkələri reytinqinə ötən il Kipr və Yunanıstan başçılıq edib. Sonrakı yerlərdə isə İspaniya İsveç, Fransa, Sloveniya və Almaniya dayanırlar. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.