Dünya

İraqda İŞİD lideri öldürüldü

30 Yanvar 2021 09:26
Baxış: 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İŞİD terror qruplaşmasının liderlərindən biri İraqda ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın hava hücumu nəticəsində öldürülüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Əbu Yasir kimi tanınan Cabbar Salman Əli Fərhan əl-İssavi Kərkük şəhəri yaxınlığında məhv edilib. Aviazərbə zamanı daha 9 İŞİD yaraqlısı da öldürülüb. Əməliyyatda İraq təhlükəsizlik xidməti iştirak edib. Havadan hücumu isə ABŞ ordusu həyata keçirib.

Məlumata görə, əl-İssavi İraqda İŞİD silahlılarının fəaliyyətinə rəhbərlik edib və qruplaşmanın ölkədəki təsir gücünü bərpa etməyə çalışırmış.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.