Dünya

İtaliya Səudiyyə Ərəbistanı və BƏƏ-yə raket satışını dayandırıb

29 Yanvar 2021 19:49
Baxış: 828
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliya müharibə şəraitində olan Yəməndə sülhü bərpa etmək və insan haqlarını qorumaq öhdəliyini əsas gətirərək Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) raket satışını dayandırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İtaliyanın xarici işlər naziri Luici Di Mayo bildirib. 

"Bu, zəruri hesab etdiyimiz bir hərəkətdir. Ölkəmizin verdiyi açıq barışıq mesajıdır. Bizim üçün insan hüquqlarına hörmət pozulmaz bir öhdəlikdir", - deyə İtaliya XİN başçısı vurğulayıb.

Romanın bu qərarı ilə təxminən 12 700 sayda raketin Səudiyyə Ərəbistanına satışı dayandırılacaq.

Qeyd edək ki, bu satış 2016-cı ildə Matteo Renzinin rəhbərlik etdiyi sol mərkəzçi hökumət tərəfindən razılaşdırılıb və dəyəri 400 milyon avro olan 20 000 raketin satışını nəzərdə tutub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.