Dünya

“National Geographic” “Instagram” səhifəsində dağıdılmış Ağdamdan fotolar paylaşdı

29 Yanvar 2021 11:56
Baxış: 1 085
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vaxtilə 40 min nəfər əhalisi olmuş və bu yaxınlarda Azərbaycan tərəfindən azad edilmiş Ağdam şəhərində təxminən otuz illik erməni işğalından sonra yalnız dağıntılar qalıb.

Milli.Az bildirir ki, bu barədə "National Geographic" jurnalının "Instagram" səhifəsindəki paylaşımında deyilir.

Qeyd olunub ki, 1993-cü ildə Ağdam işğal ediləndən sonra yalnız məscid binası bütöv qalıb, digər bütün bina və tikililər dağıdılıb.

Ötən ilin sentyabrında başlamış və 44 gün davam etmiş müharibə nəticəsində Azərbaycan 1990-cı illərdə itirdiyi ərazilərin böyük hissəsini azad edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.