Dünya

ABŞ-da kimyəvi sızma nəticəsində 6 nəfər öldü

29 Yanvar 2021 09:55
Baxış: 496
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Corciya ştatında yerləşən quşçuluq təsərrüfatlarından birində maye azotun sızması nəticəsində azı 6 nəfər dünyasını dəyişib.

Milli.Az APA-ya istinadən bildirir ki, 5 nəfər yerindəcə ölüb, daha 1 nəfər isə xəstəxanada vəfat edib.

Hadisə yerinə gələn yanğınsöndürənlərdən 4-ü sızmanın nəticələrinin aradan qaldırılması zamanı yaralanıb.

Təxminən, 130 fabrik işçisi təxliyə edilib. Onlar dərhal həkim müayinəsinə cəlb ediliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.