ABŞ-ın Corciya ştatında yerləşən quşçuluq təsərrüfatlarından birində maye azotun sızması nəticəsində azı 6 nəfər dünyasını dəyişib.
Milli.Az APA-ya istinadən bildirir ki, 5 nəfər yerindəcə ölüb, daha 1 nəfər isə xəstəxanada vəfat edib.
Hadisə yerinə gələn yanğınsöndürənlərdən 4-ü sızmanın nəticələrinin aradan qaldırılması zamanı yaralanıb.
Təxminən, 130 fabrik işçisi təxliyə edilib. Onlar dərhal həkim müayinəsinə cəlb ediliblər.
Milli.Az