Dünya

BMT-nin Baş katibi: Təhsil sistemində fasilələr bütöv bir nəsil üçün fəlakətə çevrilə bilər

25 Yanvar 2021 21:00
Baxış: 780
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu il Beynəlxalq Təhsil Günü elə bir şəraitdə qeyd edilir ki, COVID-19 pandemiyası səbəbindən məktəblilərin və tələbələrin çoxu təhsil müəssisələrinə az-az gedir, əsasən evdə qalmaqla oxuyur və ya ümumiyyətlə, bu imkandan məhrumdur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, BMT-nin Baş katibi Antonio Quterreşin sözlərinə görə, təhsil sistemində fasilələr bütöv bir nəsil üçün fəlakətə çevrilə bilər. Baş katib distant təhsil metodlarını təkmilləşdirməyə çağırıb.

Koronavirus pandemiyası ilə əlaqədar dünya ölkələrinin çoxu bütün tədris müəssisələrini bağlamağı qərara alıblar. 1,5 milyard uşaq məktəbə getmək imkanından məhrum olub. Onların çoxu distant təlim metoduna keçib, lakin bu uşaqların təqribən üçdəbir hissəsi - 463 milyonu "məsafədən oxumaq" imkanından məhrumdur, çünki onların evlərində kompüter və ya internet yoxdur, yaxud, məsələn, çoxuşaqlı ailələrdə qacetlər uğrunda "mübarizə aparmalı" olurlar.

UNESCO-da vurğulayıblar ki, məktəblərin bağlanması və ya tədris saatlarının azaldılması səbəbindən bu gün dünyadakı bütün məktəblilərin təqribən yarısı bu və ya digər dərəcədə əziyyət çəkirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.