Dünya

Misirdə koronavirusa qarşı kütləvi vaksinasiya başlayır

24 Yanvar 2021 16:30
Baxış: 582
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu gün Misirdə yeni növ koronavirusa (COVİD-19) qarşı kütləvi vaksinasiya başlayır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ölkənin prezidenti Əbdülfəttah əs-Sisi deyib.

Onun sözlərinə görə, ilk növbədə koronavirusa qarşı karantin və profil xəstəxanalarda çalışan 207 min həkim peyvənd olunacaq.

Prezident qeyd edib ki, əsas diqqət pandemiyanın ön cəbhəsində olan həkimlərə və səhiyyə işçilərinə yönləndiriləcək.

Qeyd edək ki, hazırkı dövrədək Misirdə koronavirusdan 200-dən artıq səhiyyə işçisi vəfat edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.