Dünya

Yaponiya da nüvə silahının qadağan olunması sazişinə qoşulmur

23 Yanvar 2021 18:05
Baxış: 575
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiya nüvə silahının qadağan olunması haqqında sazişə qoşulmayacaq.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bunu Yaponiyanın Baş naziri Yoşihide Suqa bəyan edib.

"Bizim bu sazişi imzalamaq fikrimiz yoxdur", - Baş nazir bildirib.

Onun sözlərinə görə, ölkəsi üçün daha uyğun variant nüvə silahının azaldılması yolu ilə getməkdir.

Qeyd edək ki, nüvə silahının qadağan olunması haqqında saziş 50 ölkə tərəfindən imzalanıb. Nüvə klubunun üzvü olan ABŞ, Rusiya, Fransa, Böyük Britaniya və Çin hələ 2018-ci ildə bu müqaviləni imzalamayacaqlarını bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.