Dünya

Xəstəxanada kütləvi dava - FOTO

23 Yanvar 2021 08:28
Baxış: 1 280
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Bursa şəhərində xəstəxanaların birində kütləvi dava baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, yaralanaraq xəstəxanaya çatdırılan və təcili yardım şöbəsinə aparılan Tamer adlı şəxs həkimləri, tibb bacılarını təhqir edib, onlara hücum etməyə cəhd göstərib.

Xəstəxana qapısında toplaşan xəstə yaxınları da onun səsini eşidib təhlükəsizlik əməkdaşlarına hücum çəkiblər.

Hadisə Osmanqazi ilçəsindəki Çəkirgə Dövlət Xəstəxanasında yaşanıb. Millət məhəlləsindən olan bir kişi ilə savaşan Tamer başından yaralanaraq xəstəxanaya gətirilib.

Tibbi yardım göstərildikdən və çölə çıxdıqdan sonra Tamer və 10 nəfərədək yaxını polis tərəfindən saxlanılıb. Müvafiq tədbirlərdən sonra saxlanılanlar sərbəst buraxılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.