Dünya

İsraildə karantin 31 yanvara qədər uzadılır

20 Yanvar 2021 08:33
Baxış: 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail hökuməti 8 yanvar tarixində tətbiq olunan iki həftəlik ümumi karantinin bu ayın sonuna qədər uzadılmasını təsdiqlədi.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Baş nazir və Səhiyyə Nazirliyinin birgə bildirişində deyilir.

"Hökumət ümumi karantinın daha 10 gün, 31 yanvar 2021-ci ilə qədər uzadılmasına qərar verdi", - sənəddə deyilir.

Qeyd edilir ki, məhdudiyyətlər 21 yanvarda tam qaldırılmalı idi, lakin son günlərdə koronavirusa yoluxma hadisələrinin artması hökuməti qoruyucu tədbirləri uzatmağa məcbur etdi.

İsraildə son sutka ərzində 10.478 yeni koronavirusa yoluxma halı aşkar edilib, 44 nəfər sözügedən virusdan ölüb. Ölkədə "COVİD-19" virusuna ümumi yoluxma sayı 562.167-yə, bu virusdan ölüm sayı 4049-a çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.